İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 19.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Sosial media platformalarında şirkətin fəaliyyəti, yenilikləri, xəbərləri haqqında press-relizlərin, maraqlı materialların hazırlanmasını və yayınlanmasını təşkil etmək;
  • PMD Projects-in sosial media hesablarının idarə edilməsi (Linkedin, Facebook, Instagram, YouTube) ;
  • Sosial Media üçün post ideyaları vermək, postlar üçün mətnlərin hazırlanması, sosial mediada paylaşım, sosial media hesablarında aktivliyin aylıq hesabatının yazılması;
  • Şirkətin nüfuzunu qorumaq məqsədi ilə mətbuatda yayınlanan xəbərlərin monitorinqini aparmaq;
  • Müştəri və partnyorlar üçün tədbirlər təşkil etmək;
  • Sorğular tərtib edilməsi və aparılması;
  • Keçirilən tədbirlər haqqında yekun hesabatları hazırlamaq;
  • Korporativ Sosial Məsuliyyət istiqamətində araşdırmalar aparmaq və şirkət daxili layihələr təşkil etmək;
  • Korporativ Sosial Məsuliyyət yönümlü tədbirlərdə şirkətin iştirakı üçün lazımi işləri təşkil etmək;
  • Şirkətin veb saytında və sosial şəbəkələrində məlumat, hesabat, qaydalar və s. dərc edilməsini təşkil etmək;
  • Rəhbərliyin tapşırığı ilə fəaliyyət istiqamətləri üzrə digər işləri həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • PR, korporativ kommunikasiyalar və ya sosial media idarəçiliyində azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Office;
  • Komandada işləmək bacarığı;
  • Analitik bacarıqlar.

PMD Projects LLC tərəfindən digər vakansiyalar