Mağaza müdiri (Naxçıvan)

  • Superfon
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi;
  • Tabeçiliyindəki komandanı idarə etmək, peşəkar cəhətdən yetişdirmək və motivasiyada saxlamaq;
  • Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
  • Mağazada məhsul qalığına nəzarət etmək;
  • Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
  • Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirilməsini təmin etmək;
  • Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.

Tələblər:

  • Orta ixtisas və Ali təhsil arzu olunandır
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən çox
  • İdarəetmə bacarığı
  • Dinamiklik, diqqətcil və analiz etmək bacarıqlarının olması;
  • İşgüzar davranış etikası olması;
  • Outlook, MS Office, proqramları biliyi;
  • Komanda ilə işləmək bacarığı;

Təminatlar:

  • Karyera yüksəlişi imkanı
  • Korporativ mobil nömrə
  • Bonus sistemi
  • Təlimlər
  • Əmək məzuniyyəti
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Mağaza müdiri(Naxçıvan)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi