Satış üzrə mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 21-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Satış sahəsində ən azı 1-2 il
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
  • Ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • İnandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

İş şərtləri:

  • İş günü I-V günlər  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-V günlər 09:00 - 18:00
  • Şirkət tərəfindən korporativ nömrə verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Əmək haqqı: işçinin bilik və bacarığına uyğun olaraq təyin olunur
  • Bonus və illik motivasiya

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
  • Mövcud planı yerinə yetirmək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq (CRM)

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
  • Əlaqə vasitələri : www.qala.az; (012) 404 77 74 

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini e-mail ünvanına mövzuda “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Qala Həyat Sığorta tərəfindən digər vakansiyalar