İT texniki xidmət üzrə mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəlb olunduğu layihələrdə bölmənin cavabdehlik daşıdığı məsələlərin icra edilməsi;
  • Zəif axın sistemlərinin müvafiq Şirkət standartlarının tələblərinə uyğun olaraq quraşdırılmasının təmin edilməsi;
  • Yeni qurulacaq ofis və mağazalarda lokal şəbəkə infrastrukturunun qurulmasında iştirak;
  • Ofis və mağazalardan gələn sorğulara əsasən İT material və avadanlıqlarının siyahısının hazırlanmasında köməklik göstərilməsi;
  • Yeni qurulacaq ofis və mağazalarda Texniki İnfrastruktur işlərinin icra edilməsi;
  • Verilən tapşırıqların icrasından sonra üst rəhbərini yazılı və ya şifahi formada məlumatlandırılması;
  • Mövcud ofis və mağazaların Texniki İnfrastrukturuna baxış keçirmək və müşahidə edilən problemləri aradan qaldırılması;
  • Yenidən qurulan və redizayn edilən ofis, mağazalarda İT avadanlıqların təhvil-təslim prosesini həyata keçirilməsi;
  • Servicedesk və mail üzərindən bölməyə daxil olan sorğuların icrasının həyata keçirilməsi;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

Tələblər:

  • Minimum 1 il iş təcrübəsi;
  • Kabelləşmə işlərini və ona aid olan kabellərin iş prinsipini bilməli, rack cabine yığma bacarığı;
  • Təhlükəsizlik kameralarının qurulması və çıxan problemləri aşkar edib, aradan qaldırmaq bacarığı;
  • İP və analoq kameralar ilə şəbəkə bağlantısının qurulması üzrə biliklər;
  • NVR və DVRların qurulması, sazlanması üzrə biliklər.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Qeyd: Vakansiya müvəqqətidir (3-4 ay).

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi