Kredit risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);  
  • Kredit riskləri və ya digər müvafiq sahədə 1-3 il iş təcrübəsi və daha çox;  
  • Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
  • Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
  • Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Stress altında işləmə qabiliyyəti;
  • MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
  • Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
  • İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
  • FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək; 
  • Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
  • VBA, R, Power BI üzrə biliklər arzuolunandır;

Vəzifə öhdəlikləri:

  • Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və  ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
  • Kredit reytinq və skorinq sistemlərinin yaradılması və fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
  • Kredit risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Bizim təkliflərimiz:

  • Rəqabətli əmək haqqı
  • Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
  • Beynəlxalq Risk menecment treninqlərində iştirak etmək imkanları

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

İşəgötürənin reytinqi