Mühasib

  • MZ Exclusive
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-30 yaş arasında;
  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
  • Azərbaycan dili üzrə mükəmməl biliklər,Rus dili-arzuolunandır;
  • Minimum 1 il mühasibat sahəsində iş təcrübəsi;
  • Mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • 1 C proqramında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq,diqqətli və komandada işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Mühasibat hesabları üzrə müxtəlif sahələri əks etdirən əməliyyatların yerinə yetirilməsi; 
  • Məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması;
  • Sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə hesabın aparılması;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabatının  emala hazırlanması;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması;
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi;
  • Vergi, DSMF, İşsizlik və sair dövlət hesabatların hazırlanması;
  • Ödənilən vəsaitlərin yoxlanılması və əməliyyatın düzgün qaydada həyata keçirilməsi;
  • Mühasibat məlumatlarını 1C bazasına vaxtlı-vaxtında işlənməsi;
  • Rəhbərliyin tapşırdığı işlərin icrası.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • Əmək haqqı-900 azn;
  • 5 günlük iş rejimi;

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.