İşin təsviri
İş öhdəlikləri:
- Restoran və restoran menyusu haqqında məlumatlı olmaq;
- Restoran haqqında məlumatları qonaqlara doğru şəkildə təqdim etmək;
- Restoranın mövcud menyusundakı yemək və içki çeşidlərini müəyyən edilmiş standartlara əsasən qonaqlara təqdim etmək;
- Müəyyən standartlara uyğun olaraq ümumi ərazinin qaydasında olmasını və təmizliyini təmin etmək;
- Bütün satış əməliyyatlarının kassa sistemində (Micros, IIKO) düzgün qeydiyyata alınmasını təmin etmək
Əsas tələblər:
- Minimum 2-3 il iş təcrübəsi;
- Qonaqlar və işçi heyəti ilə ünsiyyət qurmaq bacarıqları;
- Müştəri şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll olunmasını təmin etmək;
- Dil bilikləri; Azərbaycan dili vacib, Rus dili və İngilis dili arzu olunandır.
İş yeri: Amburan Beach (Bilgah)
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 13.04.2024-cü il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.