Sahə Mühəndisi

İşin təsviri

Öhdəliklər:

  • Layihə üzrə fəaliyyət planının hazırlanması;
  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik, briqadanın işinin təşkili və idarə edilməsi;
  • Layihədə tikinti-quraşdırma işlərini, işçi çertyojlarının və ümumi işlərin aparılmasının normativ sənədlərə uyğunluğunun monitorinqi; 
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
  • Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Obyektdə işləyən işçi briqadaları təyinatı üzrə yönləndirmək və onların istehsalat  tapşırıqlarını müəyyənləşdirmək;
  • Müqavilə tələblərinə müvafiq olaraq sahədə fəaliyyət göstərən tərəflərin iş prosesinin düzgün istiqamətləndirilməsi və prossesə nəzarətin həyata keçirilməsi;
  • Layihənin əhatə dairəsi çərçivəsində tərəflərlə görüşlərin təşkili, həll edici məqamların müzakirəsi və yekun nəticənin razılaşdırılması;
  • Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, müvafiq qurumlarının əlaqələndirilməsi;
  • Layihənin təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi;
  • İş prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış problemlə bağlı tədbirlər planının hazırlanması;
  • Layihənin təhvili üzrə yekun hesabatın hazırlanması;

Xüsusi tələblər:

  • İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq iş təcrübəsi
  • Yaş məhdudiyyəti: 30-50 yaş
  • Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilməli;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
  • MS Office, Autocad proqramları üzrə istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;

İş şərtləri:

  • İş yeri –Xırdalan şəhəri 
  • İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun qeydiyyat. 
  • Nahar şirkət tərəfindən verilir.
  • 1300 AZN (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq). 

Blue City Yaşayış Kompleksi tərəfindən digər vakansiyalar