Dükan operator

İşin təsviri

Holdinq strukturu:

Umico, müxtəlif layihələr və təşəbbüsləri həyata keçirən ən böyük holdinqlərdən biri olan Pasha Holding tərkibinə daxildir. Bu holdinq çərçivəsində, Umico maliyyə və pərakəndə xidmətlər sahəsində innovativ həllərin işlənib hazırlanması və tətbiqi ilə məşğuldur, "Dukan" layihəsi isə alıcılar üçün yeni imkanlar açaraq maksimum rahatlıq və effektivliyi hədəfləyir.

Vəzifə öhdəlikləri:

  • Dükan-ın müxtəlif əlaqə kanallarında (telefon, votsap, Instagram və s.) müştərilərə mallar və mal kateqoriyaları üzrə məsləhətlərin həyata keçirilməsi
  • Mövcud bazaya görə həyata keçirilən çıxış zəngləri və müştəri üçün uyğun malın satışı (Telemarketing)
  • Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri barədə məlumatlandırılması
  • CRM sistemində zənglərin qeydiyyatı
  • Dükan məhsulları üzrə məsləhətlər almaq məqsədilə müştərilərdən gələn zənglərin qəbulu
  • Çətin müştəri vəziyyətlərini müzakirə etmək, həll etmək və onlar üçün həll yolları tapmaq qabiliyyəti və proaktivlik

Namizədlərə tələblər:

  • Azərbaycan və rus dillərində sərbəst, İngilis dilində isə orta səviyyədə danışma və yazma bacarığı
  • Pərakəndə mağazalarda qeyri-ərzaq malları ilə iş təcrübəsi və bilikləri (xüsusiyyətlər, təsvir, detallar) (texnika, kosmetika, ətir, ev əşyaları və s.)
  • Ofis proqramlarını bilmək
  • Kollektivdə işləmə bacarığı
  • Yaxşı qrammatika və iş yazışmasında fikirləri ifadə etmə qabiliyyəti
  • Sərbəst, aydın və intonasiya ilə danışmaq qabiliyyəti
  • Müştərilərlə ünsiyyət qurma bacarığı
  • Məhsulları satmaq və məhsul detalları və təsvirlərində yaxşı başa düşmək bacarığı

İş qrafiki: Növbəli şəkildə

Namizədlərdən xahiş olunur ki, CV-lərini “Dükan operator” başlığı ilə mail ünvanına göndərsinlər.