Metodologiya və Biznes proseslər üzrə mütəxəssis

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi: 
  • Müştəri xidmətlərinin və məhsullarının/əməliyyatlarının optimallaşdırması;  
  • Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparılması; 
  • Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması; 
  • Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili; 
  • Proseslər və məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi; 
  • Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi; 
  • Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.

Vəzifə üzrə tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi; 
  • Özünü inkişaf etdirmə;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; 
  • Rus və ingilis dili biliyi; 
  • MS Office proqramlarından istifadə bacarığı; 
  • Təqdimat və ünsiyyət bacarığı; 
  • Yeniliklərə açıqlıq və dəyişikliklərə uyğunlaşma;
  • Prosedurların və daxili normativ qaydaların hazırlanması üzrə təcrübə.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Metodologiya və Biznes proseslər üzrə mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi