Layihə portfelinin idarə olunması üzrə baş mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Şirkətin layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunmasında dəstək göstərmək;
  • Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına və layihələrin xüsusiyyətlərinə əsasən təkmilləşdirilməsi prosesində dəstək göstərmək;
  • Layihələrin idarəolunması istiqamətində metodologiyaya uyğun olaraq layihələrin aparılmasında və sənədləşdirilməsində Layihə Rəhbərlərinə dəstək olmaq;
  • Layihə Rəhbəri kimi iştirak etdiyi layihənin vaxtında, büdcə çərçivəsində və iş həcminə uyğun səviyyədə təhvil verilməsini təmin etmək;
  • Layihə portfelinin idarə olunması ilə bağlı Komitə görüşlərinin təşkil olunmasında dəstək göstərmək;
  • Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi ilə təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsinə dəstək göstərmək;
  • Layihə komandasının təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsinə dəstək göstərmək;
  • Şirkət üzrə Layihələrin effektivliyinin artırılması məqsədi ilə yeni proseslərin yaradılmasında dəstək göstərmək;
  • Layihə portfeli üzrə hesabatların hazırlanmasına dəstək olmaq;
  • Layihə portfelinin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi, layihə planın hazırlanmasına dəstək olmaq;
  • Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət və təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək;

Bilik və bacarıqlar:

  • Ali texniki, maliyyə, iqtisadiyyat və yaxud layihələrin idarəolunması üzrə təhsil;
  • Layihələrin idarəolunması istiqamətində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyətqurma və yazı bacarığı, işgüzar rus dili biliyinin olması arzu olunandır;
  • Biznes və IT proseslərin analitikası istiqamətində təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
  • Peşəkar təqdimat bacarıqları;
  • Bilavasitə bu Vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır;
  • Analitik düşünmə tərzi;
  • Dürüstlük, komandada işləmək bacarığı, güclü kommunikasıya bacarığı, təşəbbüskarlıq;
  • Beynəlxalq təcrübədə qəbul edilən Layihələrin İdarəolunması metodologiyaları üzrə biliklər;
  • Beynəlxalq sertifikatların olması arzu olunandır (PMP, Prince2 və digər).

Son müraciət tarixi: 07 aprel, 2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. 

İşəgötürənin reytinqi