Aparıcı memar

İşin təsviri

Namizədə tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
  • Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında);
  • MS Office, 3DsMax, AutoCad, SketchUp, Adobe Photoshop, Lumion proqramlarında işləmə bacarığı (Revit, InDesign, Illustrator arzuolunandır);
  • Dil bilikləri: azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
  • BIM layihələrində iştirakı arzuolunandır; 
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Namizəd tərəfindən şəxsi portfolionun göndərilməsi vacibdir;
  • Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər.

Vəzifə öhdəlikləri: 

  • Memarlıq layihələrində sərbəst çalışmaq, eskiz layihələri hazırlamaq;
  • İri miqyaslı layihələrdə işləmə bacarığı;
  • Müasir materiallar və texnologiyalar ilə işləmə bacarığı (işıqlandırma, fasad materialları, landşaft elementləri və s.);
  • Subpodrat təşkilatlar üçün texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün onların lazımi məlumatlarla təmin edilməsi;
  • Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak;
  • Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi.

İş barədə məlumat:

  • İş qrafiki: 09:00-18:00, həftə içi 5 gün;
  • Əmək haqqı: işcinin təcrübə və biliyinə uyğun müsahibə əsasında təyin olunacaq;
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

 

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən digər vakansiyalar