Risk Departamenti İT Risklərin İdarə Olunması şöbəsinə mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 21.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Risk Departamenti İT Risklərin İdarə Olunması şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Risk departamentinin ayrı-ayrı şöbələri üçün yazılmış proqramlardan istifadə etməklə hesabatların təqdim edilməsi;
• Mövcud proqramlar üzərində dəyişiklik etməklə yeni funksiyaların yaradılması və yeni hesabatların hazırlanması;
• İT təhlükəsizliklə bağlı beynəlxalq standartların araşdırılması, yeniliklərin müzakirə edilməsi və bankın təhlükəsizlik siyasətinin beynəlxalq normalar əsasında tənzimlənməsi üçün təkliflərin hazırlanması;
• İT risklərin vaxtaşırı ölçülməsi və qiymətləndirilməsi üçün İT audit hesabatından əldə edilmiş nəticələr əsasında risklərin minimuma endirilməsi üçün təkliflərin verilməsi və baş verə biləcək risklərin proqnozlaşdırılması.

Namizədə qarşı tələblər:

• İqtisadi və ya kompüter elmləri sahəsində ali təhsili olmalı;
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilməli;
• İş təcrübəsi olanlara üstünlük verilir;
• SQL sorğu və PL/SQL proqramlaşdırma dillərində baza bilikləri, Oracle verilənlər bazasının strukturu ilə tanış olmalı;
• İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meyilli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
• Yaş həddi 22-28 olanlara üstünlük verilir;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 fevral 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risk Departamenti İT Risklərin İdarə Olunması şöbəsinə mtəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.