Tikintidə xərclərə nəzarət üzrə mütəxəssis

  • Azinvest İnşaat
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
  • Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
  • Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
  • Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
  • İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
  • Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
  • Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
  • Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması

Tələblər:

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili – səlis, İngilis dili – orta (şifahi və yazılı);
  • Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD;
  • Mülki tikinti sahəsində oxşar vəzifədə azı 3 il iş təcrübəsi.

Bizim təminatımız:

  • İş yeri: Bakı şəhəri, Baş ofis
  • Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Tikintidə xərclərə nəzarət üzrə mütəxəssis”  yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur. 

Azinvest İnşaat tərəfindən digər vakansiyalar