Memar – dizayner

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 27.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir);
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • 3Ds max, Sketch Up, Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad Lumion bilməyi üstünlükdür;
  • Tikinti normaları, qaydaları, bilmək mütləqdir;
  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
  • İlkin eskiz layihənin hazırlanması;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.

Vəzifələr:

  • Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin etmək;
  • Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirmək;
  • Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim etmək;
  • Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlamaq;
  • Layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu təmin edərək vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq;
  • Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
  • Eskiz layihəni aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq;
  • Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək;
  • Baş memarın tələblərini və tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar - dizayner” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi