Tikintidə Texniki Sənədləşmə üzrə Mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Tikintiyə dair müvafiq , icazə , eyni zamanda texniki sənədlərin hazırlanma, alınma prosesini təmin etmək və icra prosedurunda iştirak etmək.
  • Sənədləşmə prosesində meydana çıxan problemlərinin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və bənzəri durumların kargüzarlıq hissəsinin hazırlanması, müvafiq qurumlardan lazımi sənədlərin təmin olunması.
  • Binaların istismara dair bütün prosedur sənədləşmələrinin hazırlanması.
  • Sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
  • Sənədlərin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
  • Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi çıxış etmək.
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər brədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Tikinti prosesində bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Əlavə məlumat:

  • Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
  • Əmək haqqı: namizədin bilik və bacarıqları əsasında müəyyən olunur.

Tələblər:

  • Uyğun ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır
  • MS Office (Excel, Outlook, Word)
  • Analitik düşüncə tərzi,
  • Dəqiqlik, operativlik.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 6 günlük iş rejimi
  • Həftə içi günlər saat 10:00-dan 18:00-dək
  • Şənbə günü 10:00-dan 16:00-dək

Namizədlər CV-lərini “Tikintidə Texniki Sənədləşmə üzrə Mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Cronos Construction tərəfindən digər vakansiyalar