Təmir işlərinin planlaşdırılması üzrə aparıcı mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

Planlaşdırılmış təmir zamanı təqdim edilmiş iş həcmləri, iş addımlarının və digər sənədlərin yoxlanması; Planlaşdırılmış  təmirin Primavera P6 proqramı üzərindən hazırlanmış Plan proqramının yoxlanması və proqreslərin izlənməsi; Planlaşdırılmış təmirin təşkil edilməsi üçün lazımı sənədlərin hazırlanması və sahədə tətbiqinin izlənməsi; Təmirə hazırlıq və təmir zamanı sahədən toplanmış olan məlumatların proqresinin yoxlanması və lazımi araşdırmaların aparılması.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsini icra etmək;
  • Planlaşdırılmış  təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunu təsdiqləmək;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyəti şöbələrə yönləndirmək; 
  • Planlaşdırılmış təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtmanəni hazırlamaq və aidiyyəti şöbələrə yönləndirmək;
  • Planlaşdırılmış  təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material ve servis xidmətlərinin gedişatını izləmək;
  • İş həcmləri təsdiq edildikdən sonra “ gecikmiş və əlavə işlər ” -i izləmək və proqres hesabatlarını hazırlamaq;
  • Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
  • İş addımlarına uyğun olaraq Plan-Proqramın (Primavera P6) və proqres əyrisini yoxlamaq və hesabat hazırlamaq;
  • İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və hazırlanmış olan günlük proqres hesabatını yoxlamaq, hesabatı aidiyyəti rəhbərliyə və şöbələrə göndərmək;
  • Planlaşdırılmış təmir zamanı mütəmadi olaraq plan proqram üzərindən sahə komandasını gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq; 
  • Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncə planı hazırlayıb sahəyə təqdim etmək;
  • Təmirə hazırlıq işlərini təşkil etmək və təmirin başlamasına qədər bütün hazırlıq işlərinin bitməsini təşkil etmək;
  • Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində hesabat hazırlayıb təqdim etmək;
  • Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
  • Planlaşdırılmış təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasını təşkil etmək;
  • Planlaşdırılmış  təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini və toplantının aparılmasını təmin etmək;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili; (Mühəndislik);
  • Sənaye sahəsində mexaniki təmir işlərində 3 il iş təcrübəsi olmalı;
  • Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı;
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Mexaniki cizgilərini oxuma bacarığı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Komanda ilə işləmə bacarığı;
  • Adobe Acrobat reader, Primavera P6, SAP PM və MM modulu ilə işləmək bacarığının olması üstünlükdür;
  • Ofis proqramlarında işləmək bacarığı (Word, Excel, Power Point, Outlook və s.).

İş yeri: Karbamid Zavodu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını ”Təmir işlərinin planlaşdırılması üzrə aparıcı mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 29.02.2024

İşəgötürənin reytinqi