Təchizat üzrə mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 21.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesini vaxtında, prosedura uyğun olaraq icra etmək;
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasının təşkil edilməsi;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Sorğuların hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Bütün tələb olunan sənədləşmə və yazışmaları aparmaq;
  • Təchizat/satınalma müqavilələrini hazırlamaq və razılaşdırılmasını təşkil etmək.

Tələblər:

  • İşgüzar ünsiyyət etikası;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1-2 il
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Hesabatların tərtib edilməsi bilikləri;
  • Ofis proqramlarında işləmə bacarığı.
  • Şəxsi avtomobil

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizat üzrə mütəxəssis yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi