Mühasib

  • Development Line
  • Elanın qoyulma tarixi: 21.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri, Nərimanov r. Əhməd Rəcəbli küç.
  • Əmək haqqı görüşdən asılı olaraq (namizədin peşəkarlıq səviyyəsinə uyğun) < 1200 AZN(net) qədər olacaqdır;
  • İş rejimi – 5 günlük;
  • İş saatı – 09:00 – 18:00;
  • Müəssisənin xidmət göstərdiyi şirkətlərin gündəlik bank, kassa, anbar əməliyyatlarının, balansında olan əsas vəsaitlərin, mal-material qiymətlilərinin, bütün əməliyyatlar üzrə (uçota qəbul, daxili yerdəyişmə, uçotdan silinməsi, müvafiq sənədləşmələrin aparılması və s.) uçotunu təşkil etmək və əməliyyatların müvafiq proqram təminatına işlənilməsi;
  • Kuratorluğuna verilmiş müəssisələrin debitor və kreditor öhdəliklərinin uçotunun düzgün və vaxtında aparılması, vaxtı keçmiş debitorlar və kreditorlar borclar barədə şirkət rəhbərliyinə ayda bir dəfə məlumatları vermək, tələb olarsa rəsmi müraciətlər göndərmək;
  • Debitorlar və kreditorlarla üzləşmələrin aparılması hər iki ayda bir dəfə təşkil etmək;
  • Ay bağlantıları ilə əlaqədar bütün əməliyyatları yerinə yetirilmək;
  • Aylıq, rüblük və illik hesabatları tərtib və təqdim etmək (ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq, Statistika;
  • Bank, kassa ödənişlərinin icrasını və bununla əlaqədar əməliyyatların müvafiq proqram təminatına işlənməsini gündəlik təmin etmək;
  • YGB üzrə məlumatların müvafiq proqram təminatına işlənilməsi;
  • Daxil olan E-qaimələri müəssisələrin müvafiq əməkdaşları ilə dəqiqləşdirib qəbul və ya imtina edilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Vəzifəyə dair tələblər (* tələblərə cavab verməyən kadrlardan CV göndərməməsini xahiş edirik):

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
  • Mühasib kimi 2 ildən çox iş təcrübəsi;
  • İngilis və Rus dilləri olmasi üstünlükdür;
  • 25 – 33 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
  • Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
  • Micro Proqramı ilə yüksək səviyyədə işləməsi üstünlükdür; 
  • Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan ətraflı məlumatlı olmaq;
  • Dürüst, çalışqan, məsuliyyətli olmalı; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları.

Xidmətin göstərilməsi üçün, müəssisə tərəfindən ofisdə tələb olunan bütün avadanlıqlarla təmin ediləcəkdir. Daxili və koorporativ müştərilərlə əlaqə yaradılması üçün mobil nömrə şirkət tərəfindən verilir. 

P.s. Kadr və kargüzarlıq işləri, kadra aid hesabatlar vəzifə öhdəliklərinə aid deyildir. 

Şəxsi ofizimizdə, on nəfərlik yüksək keyfiyyətli, Peşəkar Mühasib Sertifikatlı komandamıza qoşulmaq istəyən namizədlər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron ünvanına göndərməlidirlər.

Development Line tərəfindən digər vakansiyalar