Təlim üzrə koordinator

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
  • Yaş: 25-40;
  • Təhlillər aparmaq, hesabat hazırlamaq bacarığı;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • Nəticəyə fokuslanmaq.

Vəzifə öhdəlikləri:

  • Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək;
  • Ehtiyaclara uyğun təlim planı və proqramlarının hazırlanmasında iştrak etmək;
  • Tədris materiallarının hazırlanmasında iştirak etmək;
  • Təlim planının formalaşdırılması və icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək;
  • Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları və digər əlaqəli tərəflərlə danışıq və yazışmalar aparmaq;
  • Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək;  
  • Təlim imkanları barədə məlumatlandırmanı həyata keçirmək; 
  • Yeni təlim metodlarının tətbiqi imkanlarını araşdırmaq və təkliflər vermək;
  • Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək;
  • Beynəlxalq səviyyədə meylləri izləmək, beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək; 
  • Departamentə daxil olan sənəd və müraciətləri araşdırmaq və cavab layihələri hazırlamaq;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Təlim üzrə koordinator" yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.