Merçendayzer qrup rəhbəri (supervayzer)

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil,
  • Müvafiq sahə üzrə təcrübə
  • Effektiv problem həll etmə, ünsiyyət və təqdimat bacarıqları, kreativlik və analitik düşünmə qabiliyyəti 

Vəzifə öhdəlikləri:

  • Satış nöqtələrində şirkət məhsullarının müvafiq standartlara uyğun sərgilənməsinin təşkili və nəzarətdə saxlanılması
  • Satış nöqtələrində görülmüş merçendayzinq işlərinin gündəlik təhlili və aşkarlanan boşluqların aradan qaldırılması, bu istiqamətdə təkliflərin verilməsi 
  • Mütəmadi, müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabatların təqdim edilməsi 
  • Reklam kampaniyalarını planlaşdırmaq üçün məlumatları toplamaq;
  • Ənənəvi, offline reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsini təmin etmək

İş qrafiki:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
  • Nahar şirkət tərəfindən qarşılanır,
  • Korporativ nömrə
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.
  • Müvafiq sahə üzrə təlimlərdə iştirak etmək imkanı.

Müraciət etmək istəyən namizədlərdən CV formanızı emailə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.