MEP üzrə mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
  • Elektrik avadanlıqlarının  və ekoloji avadanlıqların, enerji sistemlərinin texniki cəhətdən düzgün işləməsi, vaxtında təmiri, enerji istehsalının fasiləsiz təmin edilməsi; 
  • Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara  verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi;
  • Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına  nəzarətin təmin edilməsi;  
  • Smeta sənədlərin hazırlanması üçün iş həcmlərini toplanılmaq və digər metodiki göstərişləri hazırlamaq  
  • Layihələrin tərtib edilməsi, oxuması və təhlil edilməsi;
  • Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
  • Texniki istismar, su təchizatı şəbəkələrinin və qurğularının fasiləsiz işləməsinin təmin edilməsi, şəbəkələrin, qurğuların və avadanlıqların lokallaşdırılması və zərərin aradan qaldırılması üçün işlərin aparılmasına nəzarət edilməsi;
  • Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi;
  • Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir;
  • Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir;
  • Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil edir;
  • Layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin icrası.

Namizədə tələblər:

  • Təhsil: Ali (texniki ixtisas)
  • Təcrübə: 5 il (fasiləsiz) iş təcrübəsi olmalı
  • Komputer bilikləri: Autocad , MS Office proqramları
  • Dil: azəri (yüksək səviyyədə), ingilis (arzu olunan), rus (arzu olunan)
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
  • Komandada işləmək bacarığına sahib olmalı
  • Analitik düşünmə qabliyyəti
  • Analiz və idarəetmə bacarığı

İş yeri:

  • Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.