Korporativ satış mütəxəssisi

  • Autopia
  • Elanın qoyulma tarixi: 14.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Korporativ satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi olmalı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Avtomobil ehtiyat hissələri sahəsində müəyyən biliklərə sahib olması;
  • İşə məsuliyyətli və punktual yanaşma
  • Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
  • 1C proqramında təcrübə üstünlükdür;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
  • “B” və “C” kateqoriyalı sürücülük vəsiqəsi olması arzuolunandır, şərt deyil;
  • Şəxsi avtomobilinin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Məhsulların bazar araşdırmasının aparılması;
  • Potensial müştərilərin müəyyən edilməsi və görüşlərin təyin edilməsi;
  • Korporativ müştərilərlə görüş zamanı məhsullar haqqında təqdimat edilməsi;
  • Müştərilərin cəlb edilməsi və müvafiq sənəd toplusunun əldə edilərək alğı-satqı müqavilələrinin bağlanması;
  • Müştəri sorğularının zamanında və ətraflı cavablandırılması;
  • Müştərilərlə razılaşdırılmış qiymət əsasında qiymət razılaşdırma protokollarının hazırlanması və ikitərəfli təsdiqlənməsi;
  • Hesab-fakturaların müştərilərə təqdim edilməsi və ödənişin tələb edilməsi;
  • Korporativ müştəri bazasının formalaşdırılması və müvafiq hesabat şəklində rəhbərliyə təqdim edilməsi;
  • Rəqib şirkətlərin araşdırılması, bazar təhlilinin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Satışın artırılması üçün bazarın vəziyyətinə və müştəri tələbatına uyğun satış strategiyası ilə bağlı təkliflər irəli sürülməsi;
  • Müəyyən məhsullar üzrə kampaniya təkliflərinin işlənməsi və rəhbərliyə təqdim edilməsi;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında (1C) qeyd edilməsi;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Məhsulun daşınmasına və çatdırılmasına nəzarət olunması;
  • Gündəlik müştəri ziyarətləri və geri dönüşlərlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 600 AZN(net) + bonus (bonusla birlikdə aylıq gəlirin 2000 -2500 AZN civarında olması mümkündür) ;
  • Əmək müqaviləsi ilə rəsmiləşdirmə;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mkr, Mir Cəlal 51B , 4-cü mərtəbə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.