Beynəlxalq əməkdaşlıq üzrə böyük mütəxəssis

İşin təsviri

Təsvir:

  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsi aparılması üçün illik strateji fəaliyyət planının hazırlanması və icrasına dəstək verir;
  • Agentliyin səlahiyyətləri çərçivəsində beynəlxalq əlaqələr üzrə strategiyanın həyata keçirilməsində iştirak edir;
  • Beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş digər sənədlərin habelə onlardan irəli gələn öhdəliklərin Agentliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirir;
  • Şöbə müdirinin tapşırığına əsasən arayışlar, hesabatlar və məlumatlar hazırlayır;
  • Beynəlxalq mükafatlara müraciət edir;
  • Müvafiq sahə üzrə beynəlxalq tədbirləri araşdırır;
  • Beynəlxalq əməkdaşlıq istiqaməti üzrə Elektron Sənəd Dövriyyəsi sistemi üzərindən daxil olan məktublar ilə tanış olur, müvafiq araşdırmalar aparır, qurum daxilində rəy və təkliflər toplayır və məktubları aidiyyəti üzrə cavablandırır;
  • Maraqlı tərəflər ilə anlaşma memorandumlarının hazırlanması və imzalanması prosesində iştirak edir.

Tələblər:

  • Beynəlxalq Münasibətlər, Siyasi Elmlər, Dövlət İdarəçiliyi və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə dövlət qurumlarında minimum 3 il iş təcrübəsi;
  • Elektron Sənəd Dövriyyəsi sistemləri ilə işləmə təcrübəsi;
  • Diplomatik danışıqlar və təsir bacarıqları;
  • Azərbaycan, ingilis və rus dillərində işgüzar səviyyədə səlis danışıq bacarığı;
  • Beynəlxalq təşkilatlar ilə iş təcrübəsi;
  • Beynəlxalq tərəfdaşlar və maraqlı tərəflərlə əlaqələrin qurulması və davam etdirilməsi üzrə təcrübə;
  • Ehtiyac olarsa beynəlxalq səfərlərə gedə bilmək imkanı;
  • Güclü analitik və tədqiqat bacarıqları, müxtəlif mənbələrdən məlumatları birləşdirmək, analiz etmək, rəy yazmaq və arayış hazırlamaq bacarığı.