Fırlanan avadanlıqlar üzrə mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmirini əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək; 
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • SAP sistemi üzərindən günlük və həftəlik işləri texniklər arasında bölüşdürmək, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etmək və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
  • SAP sistemi üzərindən yeni iş bildirişini yaratmaq, iş sifarişlərini yoxlamaq və lazımi tədbirləri görmək;
  • Ehtiyat hissələrini müəyyən etmək və sifarişini SAP sistemi üzərindən izləmək;
  • Fırlanan avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Fırlanan avadanlıqlar üçün illik xərclərin büdcəyə uyğunluğunu izləmək;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
  • Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, ehtiyac olan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsini böyük mühəndisə vaxtında bildirmək;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
  • Podratçı şirkətin statik avadanlıqlar ilə əlaqədar görəcəyi işlərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • Qəza duruşlarında statik avadanlıqların nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılmasını həyata keçirmək;
  • Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün fırlanan avadanlıqların təftişini, təmirinin önləyici və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirməsini həyata keçimək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələr vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili (Mexanika mühəndisliyi və s.);
  • Müvafiq sahə üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
  • İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar;
  • Mexaniki sxemləri və P&ID oxumağı bacarmalı;
  • Nasosların, kompressorların, turbinlərin, fanların və s. təftiş və təmir bacarığının olması;
  • İngilis dili biliyi yaxşı səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Fırlanan avadanlıqlar üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 21.02.2024

İşəgötürənin reytinqi