Xərclər üzrə nəzarətçi mühasib

İşin təsviri

Əsas öhdəliklər:

  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
  • Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
  • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
  • Anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
  • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
  • Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
  • Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə hesabat vermək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Bilik və bacarıqlar:

  • Xərclər üzrə nəzarətçi kimi minimum 3 il iş təcrübəsi
  • iScala, İiko,Elektra proqrammında  ilə işləmə bacarığı
  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq
  • Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
  • Restoran ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, "Xərclər üzrə nəzarətçi" adını mövzu hissəsində qeyd etməklə, CV formalarını elektron poçt ünvanımıza yönləndirə bilərlər.