Gömrük bəyannamələrinin tərtibi üzrə mütəxəssis (Deklarant)

  • AZ Logistika
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Rəsmiləşdirilməsi üzrə mütəxəssisin İxtisas Attestatı
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinin yaxşı səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması
  • Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün və cəld şəkildə tərtibi.
  • Gömrük rüsumlarının əvvəlcədən hesablanması
  • Qısa idxal(QİB) və gömrük bəyannamələrinin (GB) tərtib edilməsi (idxal, ixrac, müvəqqəti idxal, müvəqqəti ixrac, daxildə və xaricdə emal vəs.),
  • Təqdim olunan sənədlər əsasında CMR, invoys və digər mal-müşaiyət sənədlərinin hazırlanması

Tələblər:

  • Sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyindən məlumatlı olmaq;
  • Dil bilikləri:Azərbaycan dili, İnglis dili, Rus dili (arzuolunan);
  • Təhsil: Ali təhsil;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;
  • Kompüter bilikləri: MS Office,1C, Outlook;