Anbardar

İşin təsviri

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (arzuolunandır)
  • MS Office  proqramları 
  • Logo ERP  proqramı (arzuolunandır)
  • Cinsi - Kişi 

Vəzifə öhdəlikləri:

  • Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
  • Anbardar muxtəlif material qiymətlilərinin – yanacaq, xammal, tikinti materialları, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan çıxarılmasını həyata keçirir;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır;
  • Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə bölüşdürülməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir;
  • Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil edir;
  • Material qiymətlilərinin qorunmasını təmin edir;
  • Şirkət daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işləri təmin edir.
  • Material qiymətlilərini sifarişlər üzrə komplektləşdirir;
  • Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib edir.

İş şəraiti:

  • İş yeri - Hacıqabul rayonu 
  • İş rejimi – 6 günlük
  • Əmək haqqı - Tərəflərin qarşılıqlı razılığı əsasında.
  • Şirkət tərəfindən yemək, servis mövcüddur.
  • Bakı, Hacıqabul,Şirvan və Sabirabad rayonunun müəyyən kəndlərinə servis xidmətimiz fəaliyyət göstərir. 

 Cv –lərinizi mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə  (050)241-48-99  əlaqə saxlaya bilərsiniz.

Müraciət üçün son tarix- 05.03.2024

Hajigabul Poultry Farm Company tərəfindən digər vakansiyalar