İşin təsviri
                
                
                                
                 Tələblər:
	- Ali təhsil
 
	- Müvafiq sahədə (ofis meneceri kimi) 1-3 il təcrübə mütləqdir
 
	- Dil bilikləri: mütləq səlis azərbaycan dili, rus dili və ingilis dili arzuolunandır
 
	- Yaş 25-35
 
	- Komandada işləmək bacarığı
 
	- Punktual, məsuliyyətli, stressə davamlı, detallara diqqətli, səlis nitqli
 
	- İdarəetmə və problem həll etmə bacarığı olmalı
 
	- Proqramlaşdırma və dizayn sahələri haqqında məlumatlı olmalı
 
Vəzifələr:
	- Akademiyanın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
 
	- Akademiyanın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
 
	- Akademiyada bütün sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi 
 
	- Həftəlik olaraq iclasların təşkil olunması və idarə heyətinin mənfi-müsbət cəhətlərinin müzakirə olunması və aradan qaldırılması
 
	- İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması və həyata keçirilməsinə nəzarəti təmin etmək.
 
	- Görülən işlərin və xidmətlərin elektron sistemdə qeyd olunması
 
	- Gündəlik elektron formada statistikanın rəhbərliyə göndərilməsi
 
	- Akademiyada xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
 
	- Akademiyanın iş planının icrasını təmin etmək.
 
	- Tələb olunan işləri və hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək.
 
	- Müştəri məmnuniyyəti üçün çalışmaq.
 
	- Maraqlanan tələbələrə ətraflı, aydın və tam məlumat verərək qeydiyyatını aparmaq;
 
	- Müəllim və tələbələrin düzgün koordinasiyası;
 
İş şəraiti:
	- İş vaxtı: 11:00-20:00, 6 günlük iş rejimi.
 
	- Əmək haqqı: müsahibə əsasında
 
	- Üvan: AF Mall, T/M (28 may mst. yaxınlığı)
 
Maraqlananlar şəkilli CV-lərini “Ofis Meneceri” başlığı altında elektron ünvanına göndərə bilərlər.