Anbar mühasibi

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsinə malik;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • İnventarla bağlı bütün əməliyyatların təşkilatın maliyyə qeydlərində düzgün qeyd olunması, hər hansı uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi;
  • Daxili nəzarətin qurulmasına köməklik göstərilməsi
  • İnventar günlərinin azaldılması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi
  • İstifadə olunmuş, zədələnmiş və ya itirilmiş əşyalar üçün inventar saymalarında iştirak edilməsi, yoxlanılması və düzəlişlərin qeyd edilməsi
  • Rəhbərliyə inventar səviyyələri, xərclər və dövriyyə dərəcələri haqqında hesabatın hazırlanması

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “anbar mühasibi”  yazaraq 29.02.2024-cü il tarixinədək e-mail ünvanına göndərilməsi xahiş olunur.