Korporativ satış mütəxəssisi

  • Line Solution
  • Elanın qoyulma tarixi: 31.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin təqdim etdiyi bütün malların və xidmətlərin xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmaq və müştərilərə bu barədə ətraflı məlumat vermək
  • Satış prosesinin həyata keçirilməsi
  • Təyin olunan satış hədəfinə çatmaq
  • Şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək

Namizədə tələblər:

  • Ali təhsil 
  • Korporativ satış sahəsində 1 illik iş təcrübəsi (İT texnologiyaları üzrə olması arzuolunandır);
  • Azərbaycan, Rus və İngilis dillərini bilmək (Rus dili mütləqdir);
  • MS Office proqramları ilə işləmə qabiliyyəti;
  • Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərə qarşı xoş rəftar;
  • Təqdimat edə bilmə və inandırma bacarığı;
  • Kollektivlə işləmək bacarığı 
  • Analitik bacarıqlar, operativlik, təşəbbüskarlıq

Təminatlar:

  • Korporativ nömrə;
  • Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti;
  • Əmək haqqı:  700 AZN + bonus; 
  • Karyera yüksəlişi imkanı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” yazmaqla elektron poçt ünvanına göndərə bilərlər.