Baş Qənnadçı

  • Lavazza
  • Elanın qoyulma tarixi: 31.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qənnadı məmulatlarına yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək.
  • Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq.
  • Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək
  • Pəhrizli qənnadı məmulatlarının hazırlanması qaydalarına riayət etmək
  • İtkilərin azaldılmasını və istilik prosesi zamanı qida keyfiyyətlərinin saxlanılması qaydalarına riayət etmək.
  • Hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələrdən istifadə etmək.
  • Xəmir qarışdırma, xəmir yayılması və tərkib hazırlama
  • Şirniyyat aparatlarından istifadə qaydası
  • Bişirilmə qaydalarını bilmək

Namizədə tələblər:

  • 5+ il müvafiq sahədə təcrübə
  • Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli
  • Mətbəx terminologiyasını bilməli
  • Qida məhsullarının xarakterini bilməli
  • Məhsulların emalı üsullarını və texnologiyalarını bilməli
  • Bütün mətbəx qablarının işinin xüsusiyyətləri bilməli
  • Keyfiyyətli yeməklər və kulinariya məhsullarının çeşid və tələbini bilməli
  • Azərbaycan dili səlis, Rus dili bilikləri arzu olunandır
  • Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.

İş şəraiti:

  • İş günü həftədə 6 gün, İstirahət həftədə 1 gün,
  • AR Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
  • Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Maraqlanan şəxslər poçt ünvanına CV formalarını göndərə bilərlər.