Beynəlxalq daşımalar üzrə satış şöbəsinin mütəxəssisi (Karqo üzrə)

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bakı və Regionlar üzrə bütün məntəqələr ilə koordinasiyanın aparılması;
  • PDM ilə hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;
  • İlk dəfə bağlama daxil olan şöbələrə təlimin keçirilməsi (dashboard panel istifdəsinin təşkili);
  • Dashboard sistemində aparılan ödənişlərin “Colvir” sisteminə mədaxilinə nəzarət edilməsi;
  • PDM daxil olan bağlamaların vaxtında sistemə işlənmə prosesinin təqib edilməsi
  • Çağrı mərkəində sorğuların təşkil edilməsi;
  • Çağrı Mərkəzi, SMM, Sorğu şöbələrindən gələn müraciətlərə baxış edilməsi və həlli istiqamətində işlər aparılması;
  • Müştərilərin bağlamalarının məntəqələrə göndərilməsinə nəzarətin edilməsi;
  • PŞ əməkdaşları və rəhbərlikləri ilə birbaşa davamlı əlaqələrin qurulması;
  • PŞ baş vermiş bütün əlaqəli problemlərin həll edilməsi;
  • Filiallar və Mərkəzi anbarda fəaliyyət göstərən kuryerlərlə mütəmadi əlaqələrin qurulması ;
  • PŞ -də olan problemli bağlamaların sistemə işlənməsi;
  • Müştəri tərəfindən bağlama təhvil alınarkən çatdırılma haqqının ödənməsinə nəzarət edilməsi;
  • Azərpoçt başlığı altında yaradılan müştəri müraciətlərinin cavablanması;
  • Offline və online təlimin aparılması (dashboarddan istifadə);
  • Məntəqələrdə olan kassirlər və filial rəhbərləri ilə əlaqələrin qurulması;
  • Yeni xidmətlər yarandıqda bununla bağlı əməkdaşlara təlimlərin keçirilməsi;
  • Xidmət səviyyəsinin daim təkmilləşdirilməsi; 
  • Xarici ölkələrdən online sifariş edilməsi haqqında məlumatlı olması

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (İqtisadiyyat sahəsi üzrə);
  • Kargo üzrə 1 il iş təcrübəsi ( Xidmət sahəsi üzrə)
  • Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
  • Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • Azərbaycan dili və rus dili biliyi (ingilis dili biliyi üstünlükdür);
  • Komanda şəklində işləmək bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
  • Stresə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Beynəlxalq daşımalar üzrə satış şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi