Redaktor

  • CETA Translations
  • Elanın qoyulma tarixi: 26.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"CETA Translations" müxtəlif texniki sahələr üzrə mütəxəssisləri mətnlərin redaktəsi üzrə əməkdaşlığa dəvət edir. Redaktorlardan tərcümə olunmuş mətni terminoloji cəhətdən təkmilləşdirmək, müvafiq sahənin dil üslubuna uyğunlaşdırmaq və mətnin  mütəxəssislərə aydın olmasını təmin etmələri gözlənilir.  Hazırda prioritet verdiyimiz sahələr aşağıdakılardır:

  1. İnşaat
  2. Neft-qaz
  3. Energetika
  4. Tibb
  5. Təbiət elmləri
  6. Maliyyə

İş rejimi: məsafədən, sərbəst

Ödəniş: ödəniş səhifə və ya söz sayına əsaslanaraq razılaşdırılır.

Tələblər:

  • Müvafiq ixtisas üzrə ali təhsil
  • Mükəmməl Azərbaycan dili biliyi
  • Təfərrüatlara xüsusi diqqət yetirmə, dəqiqlik, məsuliyyətlilik

Maraqlanan namizədlərdən göstərilmiş e-poçt ünvanına CV göndərmələri xahiş olunur.