Daxili daşımalar üzrə satış şöbəsinin müdiri

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 25.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurların hazırlamaq və tətbiq etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək; 
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Təkrar müştərilərə çarpaz satış məhsulları və xidmətləri ilə bağlı təkliflər hazırlamaq;
  • Rəqib təşkilatlar, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmadi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
  • Müştəri məmnuniyyətini yüksək saxlamaq üçün daxil olan şikayət və təklifləri toplayıb Marketinq şöbəsi ilə əlaqələndirmək, şikayət və təklifləri analiz etmək
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək; 
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Menecment. Marketinq);
  • Satış idarə edilməsi sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığı,;
  • Əla ünsiyyət və təqdimat bacarığı;
  • Satış və müştəri yönümlülük;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hesabatlıq və təqdimat bacarığı;
  • Ünsiyyətcillik;
  • Nəticəyönümlülük.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Daxili daşımalar üzrə satış şöbəsinin müdiri” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi