Mühasib

  • Green Tech
  • Elanın qoyulma tarixi: 25.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Ödəniş tapşırıqlarının hazırlanması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Alış sənədlərinin proqrama işlənilməsi;
  • Sənəd dövriyyəsinin təqibi;
  • Üzləşmələrin həyata keçirilməsi;
  • Online kargüzarlıq və e-qaime portallardan istifadə edilməsi;
  • 1C/8.3 proqramını yaxşı səviyyədə bilməli, ödənişlər üzrə mədaxil-məxaric əməliyyatlarının proqrama işlənilməsini təmin etməli;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi.

Tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə,Mühasibatlıq,İqtisadiyyat);
  • Sahə üzrə 6 ay-dan yuxarı iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan, Rus dili, İngilis dili
  • Analitik düşünmə qabiliyyəti;
  • Yaxşı səviyyədə MS office (Word, Excell ) bilikləri;
  • Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmaq;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları.

İş barədə məlumat:

  • İş qrafiki: 09:00-18:00 ( beş günlük iş həftəsi);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib” şəklində göstərməyiniz xahiş olunur.