İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) materialların (məqalə, videosüjet və s.) hazırlanması;
- PR materialların KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- PR xarakterli video çəkilişlərin təşkili və idarə olunması;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyaların təklif edilməsi;
- Yeni məhsulların bazara salınmasının təşkil edilməsi;
- Korporativ tədbirlərin təşkilində iştirak etməsi.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
- İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Kommunikasiya və təqdimat bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
- Qeyd: vakansiya əvəzləmə xarakterilidir (minimum 1.5 il).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.