Beynəlxalq əlaqələr və logistika üzrə menecer

  • GF Company
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Xarici şirkətlərlə əməkdaşlıq qurularkən danışıqların aparılması;
  • Email ilə yazışmalar
  • Qiymət razılaşmalı üçün danışıqları aparmaq(müqayisəli).
  • İdxal zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə Quality sert.və s.) yoxlanılması
  • Çatdırılmış malın keyfiyyətində problem yarandıqda bu haqda malsatanla əlaqə yaradıb vəziyyət haqqında məlumatlandırmaq.
  • Yükün sərhəddi keçməsinə və daxil olan yüklərin gömrükdən anbara qəbul olunmasına qədər olan prosesi nəzarətdə saxlamaq
  • Müvafiq müqavilələri ilkin baxışdan keçirmək və lazımı düzəlişlər etmək
  •  Bütün qaimə-fakturaların yoxlanması və Gömrük qaydalarına uyğunluğunun da yoxlanılması daxil olmaqla, şirkətin prosedurlarına uyğun olaraq mühasibat uçotu məqsədləri üçün qeydləri aparmaq.
  • Hazır olan yükün vaxtında yüklənməsi və sənədləşməsinə nəzarət etmək.
  • Müqavilə bağlanması prosesində yazışmalar
  • İdxal zamanı müvafiq sənədlərin müvafiq qurumlardan alınmasının təşkili (Məsələn sertifikat və s. kimi sənədlərin İqtisadiyyat Nazirliyindən Qida təhlükəsizliyindən alınması)
  • Gömrük əməkdaşları və yük gətirən nəqliyyat şirkətləri ilə əlaqə yaradaraq işin operativ təşkili
  • Şirkətlərdən təkliflər almaq və şirkətlərə təkliflər vermək
  • Yerli və xarici şirkətlərə sorğu verərək şirkətə lazım olan avadanlıq, materiallar və xidmətlər üzrə təchizatçıları araşdırmaq.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

  • İngilis dilini əla səviyyədə bilmək (Rus və türk dillərini bilmək arzuolunandır)
  • Microsoft office proqramları və outlook ilə işləməyi bacarmaq
  • Komputerdən operativ istifadə etməyi bacarmaq
  • Ünsiyyət qurma bacarığı

Əmək haqqı: Vəzifə üzrə 800-1000 AZN təyin olunur və işçinin bilik və təcrübəsinə uyğun qiymətləndiriləcək.

Maraqlı namizədlərdən xahiş olunur ki, cv-lərini mövzu hissəsində “Beynəlxalq əlaqələr üzrə menecer” göstərməklə 22 fevral 2024-cü il tarixinədək e-mail ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

GF Company tərəfindən digər vakansiyalar