Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • FİL Agency MMC
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Meta/Google Ads Manager-də onlayn kampaniyalar və reklamların yaradılması
  • Satış məqsədli kampaniyaların rəqəmsal platformada təşkili, lead sisteminin qurulması və təqibi
  • Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planı hazırlanması, göstəricilərin ölçülməsi və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlanması
  • Sosial şəbəkə/ekran reklam məhsuldarlığı və profil seqmentasiyası hesabatlarını hazırlanma və təhlili
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq
  • Sosial media reklamları və büdcəsinin idarə edilməsi
  • Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının ideyası və keçirilməsində yaxından iştirak
  • Rəqiblərin və ümumi bazarın təhlili və təkliflərin hazırlanması

Tələblər:

  • Rəqəmsal marketinq sahəsində minimal 1 il iş təcrübəsi
  • Sosial media reklamları üzrə düzgün, effektiv hədəf kütləsinin müəyyən edilməsi (targeting)
  • SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi
  • Veb-sayt analitika alətləri (Google Analytics, NetInsight, Omniture, WebTrends) haqqında dərin biliklər
  • Google Adwords və Meta Ads kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı
  • Təşəbbüskarlıq, puntuallıq, kreativlik və dürüstlük
  • Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə 09:00-dan 18:00-dək, şənbə günü 10:00-14:00 (ayda 2 dəfə)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25.01.2024-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.  

Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.