Memar

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 11.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Memar

İş barədə məlumat

- Layihələndirilən obyektə dair sifarişçinin tələblərini qəbul edir
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərini aparır
- İlkin eskizin/cizginin hazırlanmasını əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə təmin edir
- İlkin eskiz/cizgini Sifarişçi ilə müzakirə edir və razılaşdırır
- Yüksək keyfiyyətli üçölçülü təsvirləri (3D) hazırlayır
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan Layihə paketinin tərtib və hazırlanmasında bilavasitə iştirak edir
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətini təmin edir

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi)
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək
- Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilmək arzuolunandır
- AutoCAD, 3dMax (VRay) kompüter proqramlarını bilmək
- Əllə eskizləri çəkmək bacarığı
- Yüksək bədii səviyyədə üçölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı
- İşin vaxtında vəkeyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı
- Səyahətlərlə bağlı problem olmamalı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Memaryazaraq [email protected]   ünvanına göndərməsi xahiş olunur.

İşəgötürənin reytinqi