Daxili və xarici bazarlarda müştəri sifarişlərinin icrası şöbəsinin kiçik treyderi

  • Unicapital
  • Elanın qoyulma tarixi: 11.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barəsində məlumat:

  • Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barəsindədə hesabatlar hazırlamaq;
  • Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlamaq;
  • Bütün müştəri sifarişlərinin icrası  ilə (daxili və ya xarici maliyyə bazarı) məşğul olmaq;
  •  Müştərilər və şirkət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar,pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və təkliflərin verilməsi;
  • Pul bazarı əməliyyatlarını icra etmək və danışıqlar aparmaq;
  • Müştəri məlumatlarını təhlil etmək və yeni müştərilərin cəlb edilməsi üçün görüşlər təşkil etmək;
  • Repo/Əks repo əməliyyatların icrası.       

Namizəd tələbləri:

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis B1 səviyyədə,Rus dili üstünlükdür.

Əlavə məlumat:

  • Əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənir.
  • İş saatları: 5 gün 9:00-dan 18:00-dək
  • İşçi könüllü tibbi sığorta ilə təmin olunur.