İstehsalat departamentinin direktorunun müavini

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 02.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


 

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
 "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Vəzifə: İstehsalat departamentinin direktorunun müavini 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• İstehsalat tapşırıqlarının yerinə yetirilməsinə, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarət təmin edilməsi;
• Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarətin həyata keçirilməsi;
• İstehsalın planlaşdırılması, qabaqcıl üsul və metodların yayılması işində iştirak edilməsi;
• İstehsalat fəaliyyətinin nəticələrinin, avadanlığın boşadayanma və buraxılan məhsulun  keyfiyyətinin aşağı düşməsi səbəblərinin təhlil edilməsi, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edilməsi;
• İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edilməsi;
• İstehsalın inkişafı üçün mövcud plan və istehsal idarəetməsinin düzgün təşkilatı strukturunun inkişafında iştirak edilməsi;
• Müəssisədə istehsalatın planlaşdırılması;
• Məhsulun buraxılışı ilə əlaqədar təqvim planı və istehsalat proqramının hazırlanması;
• İstehsalatın gedişatının əməli uçotunun təşkil edilməsi;
• Planlama işlərinə rəhbərlik edilməsi;
• İstehsalat departamentinin bütün hesabatlarına nəzarət edilməsi;
• İstesalat  departamentinə mədaxil olan mal-materiallara nəzarət edilməsi;
• Müəssisənin ixtisaslaşmış bölmələri və onlar arasında mövcud olan istehsalat əlaqələrinin təşkil edilməsi;
• İstehsal edilən məhsulun və yerinə yetirilən işlərin  təsnifatının aparılması;
• Müəssisənin inkişaf perspektivlərinin yüksəldilməsi, genişlənmə layihələrində fəal iştirak edilməsi;
• Departament əməkdaşlarının peşəkarlığının artırılması ilə əlaqədar işlərin təşkil edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• Kimya-mühəndisi sahəsində ali təhsil;
• Keramika, əhəng, sement sahəsində 5 il iş təcrübəsi;
• İdarəetmə sahəsində 3 il iş təcrübəsi;
• Azərbaycan, rus, ingilis dili biliyi;
• Komputerlə işləmək bacarığı;
• 30-40 yaş.

FƏRDİ KEYFİYYƏTLƏR:

• Məsuliyyətlilik;
• Diqqətlilik;
• Ədalətlilik;
• Geniş dünyagörüşü.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək

[email protected] elektron ünvanına göndərməlidirlər.