Feldşer-Tibb bacısı/qardaşı

  • Milla Dairy
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardıım göstərmək
  • Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxslərin aidiyyəti üzrə tibbi müalicə profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək
  • Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq passportunun açılmasını, vaxtaşırı yenilənməsini və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək
  • Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigiyenik şəraitə nəzarət etmək
  • Tibb məntəqəsində tibbi və  təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq
  • Ilkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək
  • Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadəsinə nəzarət etmək
  • Gündəlik olaraq sürücü və operatorları reysqabağı tibbi müayinədən (alkotester, qan təziqi, hərarət və s.) keçirtmək. 

Sizdən nə tələb olunur? 

  • Tibb sahəsi üzrə təhsil –ali və ya orta-ixtisas 
  • AR Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifikat
  • Müvafiq sahə üzrə 1-3 il  iş təcrübəsi (İstehsalat sahəsində olması üstünlükdür) 
  • MC Office proqramlarından istifadə bacarığı
  • Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri arzuolunandır. 

Əlavə məlumatlar:

  • 5 günlük iş həftəsi, saat: 00:00-09:00
  • Könüllü tibbi sığorta, servis və nahar şirkət tərəfindən təmin edilir. 
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Ünvan: Abşeron ray., Bakı-Şamaxı şosesi 15KM (Milla süd emalı zavodu)

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Feldşer-Tibb bacısı/qardaşı” qeyd etməklə göndərə bilərsiniz.