Dizayner

  • Yello Advertising
  • Elanın qoyulma tarixi: 01.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yello Advertising

Vakansiya nömrəsi: 0072013

Vəzifə: Dizayner

Əmək haqqı: 450 –1000 AZN

Vəzifənin məqsədi:

Reklam agentliyinə gələn sifarişlər əsasında Art Direktor və Kreativ direktorla məsləhətləşmək, həll prinsipləri və üsulları barədə qərar verildkdən sonra və daha sonra əsasən müştərilərin əsas tələbləri, ehtiyacları, və gözləntilərini nəzərə alaraq dizayn konsepsiyasının hazırlanmasından əmin olmaq.

Əsas vəzifə və öhdəliklər:

• Reklam kampaniyasının bütün mərhələlərinə dair ən müxtəlif dizaynları etmək, koporativ üslub yaratmaq, təqdimatlar hazırlamaq və ona verilən digər dizayn işlərinin görülməsi;
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Dizayn üzrə eskizləri, ilk maketi hazırlamaq, rəhbərlikdən və müştəridən gələn düzəlişləri icra etdikdən sonra, son variant dizayn maketlərinin (çap üçün) hazırlanması;
• Öz işini yüksək səviyyədə görmək üçün şirkətin digər əməkdaşları ilə işbirliyində çalışmaq;
• İş vaxtından səmərəli istifadə və iş gününün dəqiq planlaşdırılması;
• Mütəmadi olaraq, işlərin statusu ilə bağlı məlumat vermək və uyğun hesabatların hazırlanması.
• Özünün, eləcə də, bütünlükdə təşkilatın işinin yaxşılaşdırılması üçün rəhbərliyə təkliflərin verilməsi;
• Konfidensiallığın təmin olunduğundan və şirkətin maraqlarının qorunduğundan əminlik.

Minimum tələblər:

Təhsil və iş təcrübəsi

• Reklam, Rəssamlıq, Dizaynvə s. kimi sahələr üzrə biliklər;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Əsas texniki bilik və bacarıqlar

• Kreativlik (yaradıcı potensial) və fikir müstəqilliyi;
• Yüksək səviyyəli kompüter bilikləri
• Adobe PhotoShop, Adobе Illustrator, Adobе InDesign kimi qrafik proqramlarda çalışma bacarığı (mütləqdir)
• Sürətli araşdırma;
• MS Office proqramlarında operativ çalışma
• Adobe Flash, 3D Max vəya Cinema 4D (arzuolunandır)
• Web design, brending, qablaşdırma üzrə biliklər;
• Peşəkar təqdimatların hazırlanması bacarıqları;
• Rəsmtexnikası, Rəsm və fotonun əsasları ilə bağlı biliklər;
• Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər
• Dizayn və reklama aid mövcud standartlar və texniki şərtlər və tərtibat metodları;

Peşəkar keyfiyyətlər və xüsusiyyətlər

• Yüksək məntiq və kommunikasiya bilikləri,
• Sosial psixologiya və estetikanın əsasları,
• Komanda ilə işləmə bacarığı,
• Stres altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq;
• Punktuallıq;s
• Yenilikçi və təşəbbüskarlıq;
• İşgüzarlıq, Diqqətlilik, və məsuliyyətlilik;
• Yüksək təqdimat və inandırma bacarığı.

“BU İŞ TAM MƏNLİKDİR!” deyirsinizsə və özünüzü bu vəzifəyə uyğun görürsünüzsə, o zamandoğru elanı oxuyursunuz. CV-nizi və “Potrfolio”-nuzu [email protected] ünvanına göndərin.

Məlumat üçün bildirmək istərdik ki, bütün müraciət edən insanların CV-ləri gözdən keçirilib, müsbət və ya mənfi olmasından asılı olmayaraq məlumatlandırılacaq və yuxarıda qeyd edilən tələblər əsasında seçilmiş şəxslərlə müsahibələrdən sonra ən uyğun namizəd işə alınacaqdır. Agentlikdə çalışma təcrübəsi olan insanlara üstünlük verilə bilər.
Seçim prosesini mükəmməl və operativ şəkildə həyata keçirə bilməyimiz üçün, E-mailin “Subject” bölməsinə  “Dizayner” yazmağınızı çox xahiş edirik, bu bizim seçim prosesini asanlaşdıracaq.

Son müraciət tarixi: 27dekabr 2013-cü il