Tender üzrə baş mütəxəssis

  • PMD Hospitality
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • PMD Hospitality Qrup Satınalma Siyasətinə riayət etmək;
  • PMD Hospitality sorğu və tender üsulu ilə satınalma qaydalarına riayət etmək və təkmilləşdirmək;
  • Daxili şöbələrlə əlaqədə olmaq və tender üçün işlərin həcmlərinin formalaşdırmasında yardımcı olmaq;
  • Tender kateqoriyalarına görə təchizatçı şirkətləri müəyyən etmək;
  • Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təminini təşkil etmək;
  • Tender üzrə təchizatçı şirkətlərlərin ərazisinə səfərləri həyata keçirmək;
  • Texniki və maliyyə qiymətləndirməsini təşkil edib iştirak etmək;
  • Tender protokollarını hazırlamaq;
  • Ən yaxşı ödəmə şərtləri, qiymətlər, keyfiyyət, məhsul daxil olmaqla tədarükçülər, podratçılar, xidmət təminatçıları, mallar, hissələr, çatdırılma müddətini razılaşdırılmasını təmin etmək məqsədilə bazar araşdırmasını davamlı olaraq həyata keçirmək.Qrupa daxil olan yeni hotellərin satınalma tenderlərini həyata keçirmək;
  • Təcili alqı-satqı, kiçik alqı-satqı, təzə və ya tez xarab olan malların alınması və s. ilə bağlı mövcud təlimatlara əməl etmək;
  • Satınalma, xidmət və ya iş sifarişlərində göstərilən texniki özəllikləri nəzərə alaraq təchizatçılar, podratçılar və xidmət təminatçıları ilə qrup qiymətlərini müzakirə etmək
  • Xüsusi məhsul tədarükünün tam prosesini aparmaqla yanaşı satınalma məbləği istifadə üçün müəyyən edilmiş həddən çox olduqda, TQF, təkliflər / tenderlər keçirmək;
  • Təchizatçılar və menecerlər arasında böyük satınalmalar və ya layihələr barədə məlumat toplantılarını təşkil etmək və iştirak etmək;
  • Hər müəssisədə funksional tabe olan işçilərin işinə nəzarət etmək, müəyyən edilmiş məqsəd və prosedurlara uyğun fəaliyyət göstərməklərini  təmin etmək, həmçinin hotelin nizam-intizam, təqdimat, iş saatları, tranzit sahələri və s. qaydalarına nəzarət etmək;
  • Bir başa rəhbəri tərəfindən təyin edilən təlimatları və tapşırıqları yerinə yetirməklə yanaşı öz vəzifəsinin tələbinə uyğun olan əmək funksiyalarını icra etmək;
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək

Təhsil:

  • Bakalavr dərəcəsi, maliyyə və ya digər texniki təhsil;

İş təcrübəsi: 

  • Müvafiq sahədə 3 il iş təcrübəsi (Hotel sektorunda olması arzuolunandır);

Bilik və Bacarıqlar: 

  • Qidaların, qeyri-qida məhsullarının, hotellərin texniki xidmətlərinin qiymətləndirilməsi üçün texniki meyarları bilmək;
  • Ölkədaxili ezamlara hazır olmaq;
  • Güclü ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti, yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
  • Təşkilati, analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları
  • Planlama və təşkilatçılıq
  • Kompüter bilikləri: 
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • 1C və İScala (və ya, lazım olduğu halda, digər ERP proqramında yüksək səviyyədə) işləmə bacarığı
  • Dil bilikləri:                  
  • Azərbaycan dili – sərbəst; 
  • Rus və ya ingilis dili – yüksək səviyyədə.

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.