Analitika üzrə mütəxəssis

  • PMD Hospitality
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • PMD Hospitality Qrup Satınalma Siyasətinə riayət etmək;
  • Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik
  • Məlumat analizinin hazırlanması üzrə bütün mərhələlərin idarəedilməsi
  • Hesabatlıq sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və yerləşdirilməsinə cavabdehlik
  • Layihələrdə məlumatların hazırlanması və istifadə olunması
  • Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması
  • Təqdim olunan məlumatların keyfiyyətinin təmin edilməsi
  • Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işlənilməsi
  • Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq
  • Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq
  • Bir başa rəhbəri tərəfindən təyin edilən təlimatları və tapşırıqları yerinə yetirməklə yanaşı öz vəzifəsinin tələbinə uyğun olan əmək funksiyalarını icra etmək;
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək

Təhsil:

  • Bakalavr dərəcəsi, maliyyə və ya digər texniki təhsil;

İş təcrübəsi: 

  • Müvafiq sahədə 2 il iş təcrübəsi (Hotel və satınalma sektorunda olması arzuolunandır);

Bilik və Bacarıqlar: 

  • Qidaların, qeyri-qida məhsullarının, hotellərin texniki xidmətlərinin qiymətləndirilməsi üçün texniki meyarları bilmək;
  • Ölkədaxili ezamlara hazır olmaq;
  • Güclü ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti, yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
  • Problemlərin idarə edilməsi bacarıqları
  • Statistika, optimizasiya və əlaqəli sahələr üzrə biliklər
  • Excel proqramından yüksək səviyyədə istifadə bacarığı (Power Query, Power Pivot bilikləri)
  • Kompüter bilikləri: 
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmə bacarığı
  • ERP proqramında işləmə bacarığı
  • Dil bilikləri:                  
  • Azərbaycan dili – sərbəst; 
  • Rus və ya ingilis dili – yüksək səviyyədə.

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.