Baş mühasib

  • Vadi.az
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 08.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Minimum 3 il baş mühasiblik təcrübəsi olmalı
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
  • 1C 7.7-8.2 ve Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan dili mükəmməl,
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
     

Vəzifələr:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Məxfilik prinsiplərini pozmamaq.
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.

 

Qeyd edək ki, hibrid iş mühiti də mümkündür. Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını – “baş mühasib” şəklində qeyd etməklə  [email protected]  mail adresinə göndərə bilərlər.