İşin təsviri
Vəzifə öhdəlikləri:
- Premium promo, Mətbəə, Reklam məhsulları/həlləri bazar tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
- Rəqiblərin analizi və portfellərində olan müştərilərinin araşdırılması,
- Target list (Hədəf siyahısının) hazırlanması,
- Potensial müştərilərlə gündəlik görüşlər, ziyarətlər,
- Potensial müştərilərə təkliflərin göndərilməsi,
- Müvafiq həftəlik, aylıq, rüblük hesabatların təhvil verilməsi,
Namizədə dair tələblər:
- Təcrübə və Texniki bacarıqlar:
- Ofis proqramlarında iş qabiliyyəti,
- İnternet üzərindən axtarış və analiz bacarığı,
- Fərdi görüşlər və təqdimat təcrübəsi,
- Azərbaycan dilindən başqa hər hansı dil üzrə orta bilik səviyyəsi,
- Rəqəmlərlə işləmək bacarığı – ödənişlərin vaxtında toplanması,
İş şərtləri:
- Əmək haqqı 500 – 800 AZN + Bonus
- İş vaxtı 5 gün, 09.00 – 18.00, bütün şərtlər tam olaraq rəsmi
- Yeni əməkdaş 3 ay təcrübəli əməkdaşın dəstəyi ilə işləyəcək
- Məhsullar barədə təlimlər təmin olunacaq
- İş yeri: Lermontov 3, Nazirlər kabinetinin yaxınlığında
Müraciətinizi e-mail ünvanına göndərin.
CV PDF faylında göndərilməli və Subject (Mövzu) hissəsində mütləq vakansiya adı qeyd olunmalıdır: Premium Promo, Reklam, Mətbəə məhsulları üzrə korporativ satış mütəxəssisi