Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə texnik

İşin təsviri

Vəzifənin məqsədi:

  • Zavod və onun köməkçi ərazilərində gündəlik yük qaldırma və daşıma işlərini həyata keçirmək; Zavod ərazisində cavabdeh olduğu avadanlığın, texniki vasitələrin təmirini təmir üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək. 

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Yüklərin təyinatı üzrə boşaldılması, daşınması və yerləşdirilməsini təmin etmək;
  • Avtoyükləyicinin (forkliftin) təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
  • Qaldırıcı səbətin idarə olunması və ona aid təhlükəsizlik qaydalarını bilmək;
  • Təyin olunmuş ərazidə bütün işlərin aydın və nizamlı şəkildə aparılmasını təmin etmək;
  • Yağlama, yanacaq doldurma və təmizləmə daxil olmaqla müntəzəm texniki xidməti göstərmək;
  • Maşının nasazlığını aşkar etmək üçün avadanlığın işini müşahidə etmək və təhlükəsizlik qaydalarına əməl etmək;
  • Yol hərəkəti qaydalarına riayət etmək;
  • Avadanlığı  sahədə iş üçün  təyin  olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə və sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına  uyğun  olaraq idarə etmək;
  • Yükqaldırma  və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək;
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, aşkar etdiyi bütün nasazlıqlar haqqında tabe olduğu rəhbərinə məlumat vermək;
  • Yararsız yükqaldırma avadanlıqlarının və aksesuarlarının istismardan çıxarılmasını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə peşə və ya orta-ixtisas təhsili arzuolunandır;
  • Forklift (avtoyükləyici) sertifikatı, Manlift (qaldırıcı səbət) sertifikatı, Banksman-Slinger (Siqnalçı-ilməkçi) sertifikatı;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • İdarə etdiyi texnikanın konstruksiyasını və onun istismar qaydalarını bilməli;
  • Avadanlığın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqları olmalı;
  • Teleskop və qaldırıcı səbət avadanlıqları ilə düzgün və təhlükəsiz işləmək üzrə bilik və bacarıqları olmalı;
  • Yükqaldırma aksesuarlarının istismar müddətini və onların yük götürmə qabiliyyətini bilməli;
  • Yük qaldırma aksesuarlarını və xüsusi ləvazimatların yükün kütləsinə və konfiqurasiyasına müvafiq seçilməsini bilməli;
  • Kran maşinistinə verilən siqnal qaydalarını bilməli (Əl işarələri və radio əlaqə);
  • Sadə, gündəlik və mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilməli.

İş yeri: Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə texnik (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 19.01.2024

İşəgötürənin reytinqi