Torna emalatxanası üzrə mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

Zavod ərazisində  müvafiq sorğular üzrə qaynaq işlərini təşkil etmək, müvafiq prosedur, texnologiya, alət və avadanlıqlardan istifadə qaydalarını tətbiq edərək qaynaq istehsalatı sahəsinə dəstək vermək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda növbəli iş rejimində işləmək;
  • Cavabdeh olduğu sahə üzrə hazırki qanunların və şirkətdaxili qayda-qanunların tələblərini yerinə yetirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • SAP sistemi üzərindən günlük və həftəlik işlərin bölüşdürülməsi, cari, əsaslı təmir bərpa işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
  • SAP proqramında iş bildirişini yaratmaq, iş sifarişlərinin yoxlamaq və lazımi tədbirlərin görülməsi həyata keçirmək;
  • İşləyərkən əməyin mühafizəsi tədbirlərini həyata keçirmək və onlara əməl etmək, lazımi materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək, İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat vermək;
  • Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı proseduralara uyğun olaraq rəhbərinə tövsiyələr vermək;
  • Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək; 
  • İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili (Materialşünaslıq və ya Metallurgiya mühəndisliyi və s.);
  • Müvafiq sahə üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün sahələrdən təhvil alınmış dinamik,statik avadanlıqları təmir-sınaq işlərini həyata keçirmək təmir  və təmirə dəstək verməkdən ibarətdir.
  • Torna emalatxanasında dinamik,statik və armaturların təmirinin ən müasir həll yollarını bilməli,səmərəli iş və metod tətbiq etməlidir. Emalatxanada hazırlanmış,sınaq və balans edilmiş hissələrin standartlar daxilində olmasına cavabdehlik daşıyır.
  • Torna emalatxanası üzrə (dinamik və statik avadanlıqların  detallarının hazırlanması,balans həmçinin armaturların hidravlik və pnevmatik sınaq və sazlanma işləri) görüləcək işlərin aparılmasını nəzəri və praktiki olaraq bilməlidir.
  • İngilis dili biliyi yaxşı səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

İş yeri: Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Torna emalatxanası üzrə mühəndis (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 19.01.2024

İşəgötürənin reytinqi